“Fənərbağça”nın futbolçusu İrfan Can Kahveci sıradan çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu “Trabzonspor” görüşündə (3:2) zədələnib. 29 yaşlı yarımmüdafiəçi ən az 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
İrfan Can Avropa Liqasının Liqa mərhələsindəki “AZ Alkmaar” görüşündə (7 noyabr) komandasına kömək edə bilməyəcək.
Yarımmüdafiəçi bu mövsüm İstanbul təmsilçisinin heyətində 15 oyuna çıxıb, 1 qol vurub və 2 qolun ötürməsini verib.