25 Noyabr 2024
Dünya futbolu

Levandosvkinin evi su altında qaldı

İspaniyada baş verən daşqınlar “Barselona”nın hücumçusu Robert Levandovskinin evini zədələyib.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniyada yaşayan polşalı yollar su olduğu üçün məşqə getməkdə çətinlik çəkib. Onun həyat yoldaşı sosial şəbəkədə bildirib ki, evlərinin qarajı su altında qalıb.

Son məlumatlara görə, İspaniyada daşqınlar nəticəsində 200-dən çox insan həlak olub, minlərlə ev su və palçıq basqınları altında dağılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43