23 Noyabr 2024
Ölkə futbolu

İki komandaya texniki məğlubiyyət verildi

AFFA aşağı yaş qrupları üzrə liqalarda iştirak edən iki komandaya texniki məğlubiyyət verib.

İdmanxeber.az qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, bu barədə qərar AFFA İntizam Komitəsinin iclasında qəbul olunub.

U-10 Liqasında keçirilməli olan “Antiguoko İnternational” – “Sahil” oyunu ikincilərin meydana çıxmaması səbəbindən ləğv olunub və komanda 0:3 hesablı texniki məğlubiyyət alıb.

U-13 Liqasında “Həkəri” (Qubadlı) –“Sumqayıt City” matçı isə ev sahibi komandanın heyətinin yetərsay olmamasına görə baş tutmayıb. “Həkəri” kollektivi 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43