“Səbail” klubu baş məşqçi axtarışlarını davam etdirir.
İdmanxeber.az-a daxil olan məlumata görə, sabah klub idarəediciləri ilə ASCO rəhbərliyi arasında görüş baş tutacaq. İclasın ardından komandanın hansı mütəxəssisə tapşırılacağı bəlli olacaq.
Xatırladaq ki, bir müddətdi mətbuatda “Turan Tovuz”un məşqçisi Cavid Hüseynovun “Səbail”ə keçəcəyi bildirilir. Onunla yanaşı, “Kəpəz”in sabiq çalışdırıcısı Adil Şükürovun da bu post üçün adı hallanır.