21 Noyabr 2024
Ölkə futbolu

“Hərdən azarkeş kənardan müdaxilə edir ki, çıxın qabağa” – Ayxan Abbasov

“Bu gün bayramdır. Cənab prezident İlham Əliyev başda olmaqla hamımızı təbrik edirəm. Şəhidlərimizə Allah rəhmət eləsin. Oyuna gəlincə, xal qazanmaq istəyirdik. “Neftçi” də xal qazanaraq irəliləmək istəyirdi. Matça çox pis başladıq. Geridönüş etmək də çətin idi. Futbolçularım xarakter göstərdi. İlk hissədə üçüncü qolu da vura bilərdik. İkinci yarıda rəqib yüksək təzyiq etdi. Bizdə vəziyyət yaxşı deyildi. Kantariya yükün altına girdi, çünki oynaması sual altında idi. Son 4-5 oyunda zədələrə görə tam heyətlə oynamırdıq. Gənclərə fürsət düşür. Bundan yaxşı istifadə edirlər. Bilirik ki, Premyer Liqada qalmaq üçün hər xal bizim üçün vacib olacaq. “Neftçi”dən 1 xal götürmək uğurdur. Hamını təbrik edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov “Neftçi” qələbəsi barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Fasilədə Beş dəqiqəyə görə uşaqları tənbeh etdim. Futbolçulara bunu çatdırmaq lazımdır. Bilirdim ki, rəqib tempi yüksəldəcək. İkinci hissədə ən real qol epizodu bizdə oldu. Hücumlarımız var idi. Bu gün rəqib “Neftçi”dir. Hərdən azarkeş kənardan müdaxilə edir ki, çıxın qabağa. “Neftçi”nin qələbəsi üçün komandamı qabağa çıxartmağımı istəyirlər. Deyir futbol oynamırsız, mən də zarafatca dedim bəs nə oynayırıq?(gülür). Bilirdim ki, təzyiq olacaq. Bu mübarizəni istəyirdim futbolçulardan. Belə mübarizə olduqca, irəlidə yaxşı şeylər olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43