27 Dekabr 2024
Ölkə futbolu

Mahir oynadı, “Nürnberq” heç-heçə etdi

Mahir Emrelinin formasını geyindiyi Almaniya 2-ci Bundesliqası klubu “Nürnberq” növbəti matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda doğma meydanda “Kayzerslautern”lə qarşılaşıb və 0:0 hesabı ilə heç-heçə edib. 27 yaşlı forvard oyuna start heyətində başlayıb və 73-cü dəqiqədə əvəzlənib.

Xallarını 18-ə yüksəldən “Nürnberq” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43