14 Noyabr 2024
Ölkə futbolu

Azərbaycanlı futbolçu Polşada rəmzi heyətə düşdü

Polşanın “Radomyak” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov həftənin rəmzi komandasına düşüb.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı futbolçunun komandası səfərdə “Poqon”u məğlub edib (1:0). Azərbaycanlı oyunçu bu matçda sonadək meydanda olub.

“Radomyak” 15 qarşılaşmadan sonra 16 xalla 13-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43