“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Ruben Amorim rəhbərlikdən ilk tələbini edib. Bu, “Yuventus” klubunda çıxış edən Danilodur.
“Qırmızı şeytanlar” qarşı tərəfə qış transfer dövründə təklif göndərəcək.
2019-cu ildə “Mançester Siti”dən “Yuventus”a keçən Danilo bu mövsüm 10 matçda meydanda olub.