“Arsenal” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədi.
İdmanxeber.az-ın məlumatına görə, London klubu Martin Subimendini transfer etməkdə israrlıdı. Qarşı tərəf bunun üçün 60 milyon avro tələb edir.
25 yaşlı futbolçunun “Real Sosyedad”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.