Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, yığmamız Qəbələdə Estoniya millisi ilə üz-üzə gəlib. Qəbələdə baş tutan matçda millimiz rəqibini məğlub edə bilməyib – 0:0.
Hazırda 5 turdan sonra yığmamız qrupda bir xalla sonuncu yeri tutur. Tallində yığma komandamız üzərində 3:1 hesablı qələbə qazanan estonlar isə 4 xalla üçüncüdürlər.
Qeyd edək ki, millimiz qrupdakı son görüşündə səfərdə İsveçin qonağı olacaq.
UEFA Millətlər Liqası
C liqası, V tur
16 noyabr
18:00. Azərbaycan – Estoniya 0:0
Baş hakim: Con Beaton (Şotlandiya)
Qəbələ şəhər stadionu

