Azərbaycan millisi UEFA Millətlər Liqası V turu çərçivəsində Estoniya ilə heç-heçə edib (0:0).
İdmanxeber.az-ın məlumatına görə, matçın ardından futbolçuların performansları qiymətləndirilib. Millinin heyətində ən yüksək qiyməti Coşqun Diniyev alıb.
Oyunçunun çıxışı 7,6 olaraq dəyərləndirilib. Yarımmüdafiəçi eyni zamanda görüşdə ən yüksək qiymət alan futbolçu olub.
Komandamızın ümumi performansına isə 10 ballıq şkala üzərindən 7 verilib.