18 Noyabr 2024
Ölkə futbolu

“Qarşılıqlı razılıq əsasında komandadan ayrıldım” – “Sabah”ın məşqçisi

“Sabah” qapıçılar üzrə məşqçisi Vitali Kovalyovla yollarını ayırıb.

Bu barədə İdmanxeber.az saytına təcrübəli mütəxəssisin özü açıqlama verib. O, hər şeyin qaydasında olduğunu və bir müddət istirahət etmək istədiyini bildirib:

“Qarşılıqlı razılıq əsasında komandadan ayrıldım. 6 ildir belə böyük komandanın bir parçası olduğum üçün “Sabah”a minnətdaram. Hesab edirəm ki, bu illər ərzində çox iş görmüşük və müəyyən nəticələr əldə etmişik. Kluba uğurlar arzulayıram və əminəm ki, “Sabah”ı daxili çempionatlarda və beynəlxalq yarışlarda çoxlu qələbələr gözləyir”.

O, özünə yeni təkliflərin olub-olmaması barədə isə belə danışdı:

“İndi istirahət edirəm. Amma yaxın gələcəkdə dəyişikliklər olacağını düşünürəm”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43