Braziliyalı futbolçu Neymarın “Əl Hilal”dan ayrılacağı barədə iddialara aydınlıq gəlib.
İdmanxeber.az xəbər verir ki, bu barədə oyunçunun meneceri açıqlama verib. O bildirib ki, Neymar hazırda “Əl Hilal”da xoşbəxtdi və buradan ayrılmaq fikrində deyil.
Xatırladaq ki, daha öncə ulduz futbolçunun “Santos”a keçəcəyi bildirilirdi.