“Real” hücumçusu Vinisius Juniorun zədələndiyini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu 3 həftə yaşıl meydanlardan kənar qalacaq. 24 yaşlı oyunçu noyabrın 27-də Çempionlar Liqasında “Liverpul”a qarşı oyunu da buraxacaq.
Noyabrın 24-də “Real” La Liqanın 14-cü turunda səfərdə “Leqanes”i məğlub edib (3:0).