“Real” türkiyəli futbolçu Arda Gülər barədə yekun qərarını verib.
İdmanxeber.az xarici mətbuata istinadən xəəbər verir ki, əvvəllər rəhbərlik futbolçunun icarəyə verilməsinə qarşı idisə, indi vəziyyət dəyişib. Gənc oyunçunun daha çox forma şansı qazanması üçün təkliflərin dəyərləndirilməsinə qərar verilib.
Güler yanvarda icarə əsasında klubdan ayrıla bilər.
Ardanın xidmətində “Arsenal”, “Aston Villa” və “Yuventus” kimi klubların maraqlı olduğu bildirilir.