“Botafoqo” Braziliya çempionatının son turunda “San-Paulu”ya qalib gələrək (2:1) ölkə çempionu olub.
İdmanxeber.az-ın məlumatına görə, komanda “Palmeyrası” 3 xal qabaqlayaraq, 79 xalla turnir cədvəlində birinci yeri tutub.
“Botafoqo” üçüncü dəfə Braziliya çempionu olub. Rio-de-Janeyro komandası 1968 və 1995-ci illərdə mövsümü birinci bitirmişdi.
Xatırladaq ki, dekabrın 1-də Botafoqo ilk dəfə Libertadores kubokunu qazanıb