“İki fərqli hissə izlədik. İlk yarıda həvəssiz oyun nümayiş etdirdik. Amma ikinci hissədə tam əksi oldu. Futbolçular öz xarakterlərini göstərdilər. Onlara görə sevinirəm. İlk hissədən yox. Amma ümumilikdə yaxşı təsir bağışladığmız və ya əksinə anlar olub”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev “Şamaxı” oyunu (3:2) sonrası deyib. O, daha sonra belə davam edib:
“Bu gün Fərid Yusifli özünü yaxşı tərəfdən göstərdi. Xəyalın da növbəti oyuna hazır olacağını gözləyirik. Zədəsi ciddi deyil. Əlbəttə ki, Denis Marandiçinin yoxluğunu hiss edirik. Bu gün futbolçular Denisin formasını nümayiş etdirdilər. Uşaqlar onunla mütəmadi əlaqə saxlayır. Bu gün qələbəni Denisə həsr etdik”.