Fransa 1-ci Liqasında 16-cı turun oyunları keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, hazırda keçirilən “Monako” – PSJ oyununda xoşagəlməz hadisə baş verib. Belə ki, oyunun ilk hissəsinin 22-ci dəqiqəsində ev sahibi komandanın oyunçusu Sinqo qonağların qapıçısı Canluici Donnarummaya qarşı sərt oynayıb. Ciddi xəsarət alan qolkiper dərhal əvəzlənib.
Hazırda görüşdə fasilədi və Paris təmsilçisi minimal hesabla üstündü – 0:1.