İspaniya La Liqa təsmilçisi “Valensiya” baş məşqçi Ruben Baraxa ilə yollarını ayırıb
İdmanxeber.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Baraxa ötən ilin fevral ayında “Valensiya”nın baş məşqçisi təyin olunmuşdu. “Yarasalar” La Liqada 18 turdan sonra 12 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.