“Arsenal”ın zədəli futbolçusu Bukayo Saka əməliyyat olunub.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu ən azı 2 ay yaşıl meydanlardan uzaq qalacaq. Onun əməliyyatının uğurlu keçdiyi bildirilir.
23 yaşlı oyunçu Premyer Liqanın 17-ci turunun “Kristal Pelas”a qarşı keçirilən matçda sıradan çıxmışdı.
Saka “Arsenal”ın yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm “topçular”ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.