İspaniya superkubokunun qalibi müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, final matçında əzəli rəqiblər – “Barselona” ilə “Real” qarşılaşıb.
Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdulla Sports Sity” stadionunda keçirilən matçda Kataloniya təmsilçisi qələbə qazanıb – 5:2.
Bununla da “Barselona” İspaniya superkubokunu 15-ci dəfə qazanıb. Komanda bu göstəriciyə görə rekorda imza atıb. “Real” kuboku 13 dəfə qazanıb.
İspaniya superkuboku
Final
12 yanvar
Real – Barselona 2:5
Qollar: Mbappe, 5. Rodriqo, 60 – Yamal, 22. Levandovski, 36. Rafinya, 39; 48. Balde, 45+10