Bir neçə gün öncə “Turan Tovuz” “Kəpəz”dən Orxan Əliyevi heyətinə qatdığını açıqladı.
Bu gediş Gəncə klubunun planlarına daxil olmasa da, Əliyevin israrı sonda onun Touz təmsilçisinə keçidi ilə nəticələndi. Təcrübəli futbolçu Kurban Berdiyevlə birgə işləmək istəyini “Kəpəz” rəhbərliyinə bildirib. Hətta onun üçün tələb olunan təzminat məbləğini “Turan Tovuz” ödəməyəcəyi halda, öz boynuna da götürüb. Lakin klublar arasında bu məsələdə razılıq əldə olunub və Orxan Əliyev “Turan Tovuz”la müqavilə imzalayıb.
“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri İdmanxeber.az saytına açıqlamasında məsələyə belə aydınlıq gətirib:
“Mən “Turan Tovuz” rəhbərliyinə Orxan Əliyevin bizə lazım olduğunu bildirmişdim. Onların fikrinə hörmətlə yanaşıram. Onlar da bizim. Orxan Əliyev çox istəyirdi ki, “Turan Tovuz”a keçsin. Biz onunla bir neçə dəfə danışdıq. Çalışdıq ki, onu komandada saxlayaq. Lakin futbolçu özü burda qalsa belə komandaya kömək edə biməyəcəyini bildirdi. Çünki fikri Tovuz klubunda idi. Orxan mənə dedi ki, Kurban Berdiyevlə işləmək imkanım varsa bNuu dəyərləndirməliyəm və istəyirəm ki, onun rəhbərliyi altında çıxış edim. Bu kimi hallar bizi məcbur elədi ki, Orxanı sərbəst buraxaq və onun “Turan Tovuz”a keçidinə imkan yaradaq. Hər kəs bilsin ki, Orxan Əliyevin getməsinin həm məşqçilər korpusu, həm də rəhbərlik əleyhinə idi. Onsuz da heyətimiz elə də geniş deyil. Onun komandadan getməsi özünün “Turan Tovuz”a olan həvəsindən qaynaqlandı”.