“Qarabağ”ın futbolçusu Olavio Juninyo Braziliyaya yollanıb.
İdmanxeber.az-ın məlumatına görə, hücumçu “Flamenqo” ilə anlaşıb. 28 yaşlı futbolçunun bu gün Rio-de-Janeyroda olacağı gözlənilir.
Forvard komandanın ABŞ-dəki mövsümöncəsi hazırlıq prosesinə qatılmayacaq və sözügedən şəhərdə məşq edəcək.
Bir müddətdir mətbuat yazır ki, “Qarabağ” bu keçiddən 5 milyon avro qazanacaq.