“Bayer”in (Leverkuzen) futbolçusu Florian Virtz dekabrın ən yaxşı futbolçusu adına layiq görülüb.
İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi ötən ay Almaniya çempionatının üç matçda iştirak edib. O, bu görüşlərdə 3 qol, 3 asistlə yadda qalıb.
Qeyd edək ki, Virts Bundesliqada bu mövsüm 17 matça çıxıb, 7 qol vurub, 7 asist ötürmə edib.