18 Yanvar 2025
Ölkə futbolu

SON DƏQİQƏ! Premyer Liqa klubu bu legionerlə razılıq əldə etdi 

Qazaxıstan millisinin və “Tobol”un qapıçısı Stas Pokatilov karyerasını Azərbaycanda davam etdirəcək.

İdmanxeber.az-a verilən məlumata görə, 32 yaşlı qolkiper “bayquşlar”da çıxış edəcək. Tərəflər arasında davam edən danışıqlar müsbət nəticələnib.

Təcrübəli oyunçu yaxın günlərdə Bakıda olacaq. Onun icarə əsasında “Sabah”da çıxış edəcəyi bildirilir.

Qeyd edək ki, qolkiper müxtəlif dönəmlərdə “Aktobe”, “Rostov”, “Kayrat” klublarında oynadıqdan sonra 2024-cü il yanvarın 1-də “Tobol”la anlaşmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43