“Qalatasaray”ın transfer etmək istədiyi Milan Şkrrinyar “Fənərbağça”ya keçib.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı mərkəz müdafiəçisi İstanbul klubu ilə müqavilə bağlayıb. Futbolçu “Fənər”də icarə əsasında çıxış edəcək.
Milan Şkrinyar 2023-cü ilin yayında “İnter”lə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə PSJ-yə keçmişdi. Slovakiya millisinin üzvü olan təcrübəli oyunçu bu mövsüm Paris təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.