Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.
İdmanxeber.az xəbər verir ki, əvvəlcə “Kəpəz” “Neftçi”ni qəbul edəcək. Oyun saat 16:00-da start götürəcək.
Günün digər matçında isə “Sumqayıt” “Sabah”ın qonağı olacaq. Bu oyunun start fiti 18:30-da veriləcək.
5 fevral (çərşənbə)
Azərbaycan kuboku
1/4 finalın ilk oyunları
16:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov, Rəvan Həmzəzadə (VAR), Nicat İsmayıllı (AVAR)
Tovuz şəhər stadionu.
18:30. “Sabah” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev, Rəşad Əhmədov (VAR), Elşad Abdullayev (AVAR)
“Bank Respublika Arena”