07 Fevral 2025
Dünya futbolu

PSJ-də yeni müqavilə

PSJ müdafiəçisi Nuno Mendeşlə bağlı qərarını verib.

İdmanxeber.az-ın məlumatına görə, oyunçu ilə müqavilə müddəti uzadılıb. Mendeş daha 5 il Paris klubunun formasını geyinəcək. 

Fransa klubu yaxın vaxtlarda bu məsələ ilə bağlı rəsmi açıqlama verəcək. 22 yaşlı oyunçu  parislilərin heyətində 107 oyun keçirib, 4 qol vurub və 14 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43