İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, bu ada “Bornmut”un hücumçusu Castin Klyuvert layiq görülüb. O, ötən ay çempionatda 4 matçda iştirak edib. Bu oyunlarda hücumçu 3 qol vurub, 2 məhsuldar ötürmə edib.
“Bornmut” İngiltərə Premyer Liqasının turnir cədvəlində 7-ci yerdədir. Komanda 24 oyuna 40 xal toplayıb.