08 Fevral 2025
Ölkə futbolu

SON DƏQİQƏ! Türkiyə klubu azərbaycanlı futbolçunun transferini BİTİRİR 

Premyer Liqada qalmaq üçün mübarizə aparan “Səbail” aparıcı oyunçusu ilə yolları ayırır.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, söhbət Rüfət Abullazadədən gedir. Türkiyə I Liqa klubu “Erzurumspor” oyunçunun xidmətində maraqlıdı.

Artıq klublar arasında danışıqlar başlayıb. Transferin yekunlaşmaq üzrə olduğu bildirilir.

Erzurum klubu Super Liqaya çıxmaq üçün mübarizə aparır. Komanda hazırda I Liqada 37 xalla 3-cü pillədə qərarlaşıb.

Həsən Quluzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43