08 Fevral 2025
İdman

Millimiz Misirə yollandı

Çimərlik voleybolu üzrə qadınlardan ibarət Azərbaycan millisi Misirin Hurqa şəhərinə yollanıb.

İdmanxeber.az xəbər verir ki, məlumatı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti yayıb.

Yığma sözügedən ölkədə təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesi fevralın 28-dək davam edəcək.

Komanda toplanış çərçivəsində Afrika qitəsinin çimərlik voleybolu üzrə açıq çempionatı olan “The Clash Beach Volleyball Marathon” turnirinə də qatılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43