Misli Premyer Liqasında 23-cü tur davam edir.
İdmanxeber.az xəbər verir ki, bu gün turun mərkəzi oyununda “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edib. Görüş Ağdam təmsilçisinin qələbəsilə başa çatıb – 1:0.
Hazırda Ağdam klubu 56 xalla çempionatın vahid lideridir. “Neftçi” isə 24 xalla altıncı pillədə qərarlaşıb.
Misli Premyer Liqası
3-cü dövrə, 23-cü tur
16 fevral
19:00. “Neftçi” – “Qarabağ” 0:1
Qol: Marko Yankoviç (p)
Qırmızı vərəqə: Kevin Medina, 22 (“Qarabağ”)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
“Neftçi Arena”