23 Fevral 2025
Dünya futbolu

Vüsal oynadı, komandası qalib gəldi

Futbol üzrə Türkiyə 1-ci Liqasında 25-ci turun görüşləri keçirilir.

İdmanxeber.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” səfərdə “Manisa”a qalib gəlib – 2:0.

İsgəndərli də bu matçın iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi 85-ci dəqiqədə meydana daxil olub.

Xallarını 37-yə yüksəldən “Boluspor” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43