Yunanıstanın “Panserraikos” komandasında çıxış edən gürcüstanlı qapıçı Luka Quqeşaşvili klubunu dəyişə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın sabiq qapıçısı PAOK klubunun hədəfindədi. Artıq tərəflər arasında danışıqların başladığı bildirilir.
Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən 2024-cü ilin yayınadək “Qarabağ”da çıxış edib.