25 Fevral 2025
Ölkə futbolu

“Neftçi”nin hücumçusu klubdan ayrılır?

“Neftçi”nin hücumçusu Ramil Şeydayevin klubdan ayrılacağı bardədə iddialar var. Bir müddətdi sosial şəbəkələrdə millimizin hücumçusuna Rusiyadan təkliflər olduğu bildirilir.

Ancaq əldə etdiyimiz məlumata görə, Şeydayev üçün “Neftçi”yə hər hansı bir təklif gəlməyib. Futbolçuya hazırda nə Rusiya, nə də digər ölkələrdən maraq var.

“Ağ-qaralar” komandada gözlənilənin altında qalan Şeydayevlə yolları ayırmağa qarşı deyil. Ancaq bunun üçün kluba millimizin hücumçusunun da qəbul edəcəyi bir təklif gəlməlidi.

Təcrübəli oyunçu cari mövsüm “Neftçi” forması ilə çıxdığı 21 oyunda 3 qol vurub.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43