İdmanxeber.az xəbər verir ki, əvvəlcə kubokun son qalibi “Qarabağ” “Səbail”i qəbul edib. İlk görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edən “köhlən atlar” cavab görüşündə də matçdan qalib ayrılıb – 3:1.
Bu nəticənin ardından “Qarabağ” yarımfinala vəsiqə qazanıb.
Günün digər matçında isə “Sabah” “Sumqayıt”ın qonağı olub. Komandalar arasında keçirilən ilk oyunda qol vurulmamışdı. İkinci matçda isə “Sabah” rəqibini darmadağın edib – 4:0.
Azərbaycan Kuboku, 1/4 final mərhələsi, cavab oyunları
27 fevral
16:00. “Qarabağ” – “Səbail” 3:1
Qollar: Musa Qurrbanlı, 13 (1:0), Rüfət Abdullazadə, 15 (1:1), Emin Rüstəmov, 43-avtoqol (2:1), Nəriman Axundzadə, 55 (3:1)
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Şirmamed Mamedov
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun: 1:0.
19:30. “Sumqayıt” – “Sabah” 0:4
Qollar: Anatoli Nuriyev, 55, Xəyal Əliyev, 71, Coy Lens Mikels, 82, Amin Seydiyev, 90+3
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Nicat İsmayıllı
AVAR: Rəhman İmami
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
İlk oyun: 0:0.

