27 Fevral 2025
Ölkə futbolu

Azərbaycan çempionatının oyunu hava şəraiti ilə əlaqədar təxirə salındı

Azərbaycan I Liqasının XVI turunda bu gün keçirilməsi planlaşdırılan “Mingəçevir” – “Difai” oyunu təxirə salınıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Qarşılaşmanın hava şəraiti ilə əlaqədar baş tutmayacağı diqqətə çatdırılıb.

Qurum matçın yeni tarixi və digər detallarla bağlı əlavə məlumatın veriləcəyini bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43