“Yuventus” İtaliya Kubokunda “Empoli”yə penaltilər seriyasında (əsas vaxt 1:1) məğlub olub.
İdmanxeber.az-ın məlumatına görə, matçın ardından Turin təmsilçisinin baş məşqçisi Tiaqo Motta futbolçulara irad bildirib. O, komandanın oyunu barədə bunları deyib:
“Futbolda və həyatda bəzi şeylərə layiq olmaq lazımdır. Bu gün haqq etmədən nələrsə tələb edən bir komanda gördüm. Komandamın belə oynadığını görmək məni utandırır. Olduğun yerə və təmsil etdiyin klubun tarixinə hörmət etməlisən”.