Dünya futbolu

“Ronaldo və Ronaldinyodan daha çox fərdi titul qazanmışam” – Kriştiano Ronaldo

Səudiyyə Ərəbistanı “Əl-Nəsr”ində çıxış edən Kriştiano Ronaldo maraqlı açıqlamalar verib.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı ulduz futbolçu braziliyalı oyunçular Ronaldo və Ronaldinyo barədə danışıb. O, keçmiş futbolçular haqda xoş sözlər söyləyib.

“Ronaldo və Ronaldinyo futbolda tarix yazıblar. Baxmayaraq ki, onlardan daha çox fərdi titul qazanmışam. Lakin onların hər ikisi dünya çempionlarıdır. Mən onların oyunlarına baxaraq böyümüşəm və deyərdim ki, hər ikisi kumirimdir. Hansının daha yaxşı olmasının əhəmiyyəti yoxdur. Əsas odur ki, Ronaldo və Ronaldinyo futbol tarixinə öz töhfələrini veriblər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43