Ölkə futbolu

Yuri Matias Braziliyaya gedə bilər

“Neftçi”nin braziliyalı futbolçusu Yuri Matias ailəsindən uzaqda yaşamağın çətinliklərini çəkir.

İdmanxeber.az xəbər verir ki, 31 yaşlı mərkəz müdafiəçisi özü ölkəsinin mətbuatına açıqlamasında bunu deyib. Övladlarından birinin xəstə olduğundan  futbolçu karyerasını Braziliyada davam etdirə biləcəyini vurğulayıb.

Xatırladaq ki, təcrübəli müdafiəçinin “Neftçi” ilə müqaviləsi mövsüm sonuna qədərdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43