“Birinci hissəni çox yaxşı oynadıq. İkinci hissədə rəqib olmayan cərimədən fərqləndi. Oyunun sonunda da hücumda olarkən hakim oyunu bitirdi. Belə sürprizlərlə qarşılaşmamışdım. Bizə həddindən artıq sarı vərəqələr verildi. Halbuki kobud oynayan komanda deyilik”.
İdmanxeber.az-ın məlumatına görə, “Sabah”ın baş məşqçisi Vasili Berezutski “Zirə” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:
“Hesab bərabər olsa da, ilk hissəni çox yaxşı oynadıq. Son 20 dəqiqədə də yaxşı performans göstərdik. Hakimlərdən danışan deyiləm, amma qəribə qərarlar oldu. Ümumi desəm, hakimlərdən məmnun deyiləm”.

