“Qalatasaray” Viktor Osimheni birdəfəlik transfer edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə klub rəsmisi Abdullah Kavukçu açıqlama verib:
“Osimhen aprel ayında qərarını bizə bildirəcək. Onunla dünyanın 5 ən böyük klubu maraqlanır. Osimhenin transferi bizim üçün xəyal deyil, gözümüzdə böyütməyək”.
Xatırladaq ki, nigeriyalı forvard müqavilə ilə “Napoli”yə məxsusdu.

