08 İyul 2026
Ölkə futbolu

AFFA, bax və utan! (VİDEO)

Azərbaycan milli komandası 2025-ci ildə ilk oyununu keçirib. Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv yoxlama matçında tarixində ilk dəfə Haiti millisi ilə üz-üzə gəldi.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matç qonaqların qələbəsilə başa çatıb – 3:0 Görüşə maraq olduqca az idi.

Tribunaların əksriyyətinin boş qaldığı matçda milli çox aşağı səviyyədə çıxış etdi. Yığmanın bu oyununa azsaylı tərfədarlar özlərinə məxsus şəkildə reaksiya verib.

Belə ki, onlardan bəziləri Haitini qolu zamanı sevinib. Həmin görüntülər sosial şəbəkələrdə də böyük maraqla qarşılanıb.

İdmanxeber.az 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43