09 İyun 2026
Ölkə futbolu

Şahruddin millimizin heyətindən çıxarıldı

Şahruddin Məhəmmədəliyev Azərbaycan millisinin heyətindən çıxarılıb.

İdmanxeber.az xəbər verir ki, buna qapıçının zədələnməsi səbəb olub. Onun əvəzinə “Səbail”in üzvü Əlirza Müştəbazadə milliyə dəvət alıb.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. “Bank Respublika Arena”da təşkil olunacaq oyun saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43