“Sportinq”in (Lissabon) hücumçusu Trinkau karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Mançester Yunayted”, “Arsenal” və “Nyukasl” klubları futbolçunun xidmətində maraqlıdır. Komandalar yayda oyunçu üçün hərəkətə keçəcəklər.
Xatırladaq ki, Trinkau bu mövsüm 43 oyunda 9 qol vurub və 15 assist edib.

