09 İyul 2026
Dünya futbolu

“Liverpul”da ayın ən yaxşısı açıqlandı

“Liverpul”da mart ayının ən yaxşı oyunçusu açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, mükafatı qapıçı Alisson Bekker alıb. Azarkeşlərin səsverməsində braziliyalı qolkiper hamını qabaqlayıb.

32 yaşlı qapıçı bu mövsüm İngiltərə Premyer Liqasında 21 oyun keçirib, 18 qol buraxıb.

Onun komandası 29 oyundan sonra 70 xalla İngiltərə çempionatının turnir cədvəlinə inamla başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43