14 İyul 2026
Ölkə futbolu

“Səbail” “Turan Tovuz”la heç-heçə etdi – YENİLƏNİB 

Bu gün Misli Premyer Liqasında 29-cu tura start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk gündə 1 oyun keçirilib. Turun açılış matçında “Səbail” öz meydanında “Turan Tovuz”la heç-heçə edib.

Hazırda 44 xala malik Tovuz klubu 4-cü yerdədir. 20 xalı olan paytaxt təmsilçisi isə sonuncu – 10-cu pillədə qərarlaşıb. 

Qeyd edək ki, turun digər görüşləri aprelin 6 və 7-də keçiriləcək.

5 aprel (şənbə)

17:00. “Səbail” – “Turan Tovuz” 0:0
Hakimlər:
 Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamran Əliyev

VAR: Kamal Umudlu
AVAR: Zeynal Zeynalov
“ASCO Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43