Misli Premyer Liqasının 29-cu turunda “Araz Naxçıvan” “Sumqayıt”la üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, Naxçıvan təmsilçisində Miço Kuzmanoviç, Bəxtiyar Həsənalızadə, Mustafa Əhmədzadə və Əyyub Allaş zədə səbəbindən matçı buraxacaqlar.
Sezar Meza Kolli və İssuf Paro ilə bağlı isə son qərarı baş məşqçi verəcək.
Sumqayıt klubunda da zədəli oyunçular var. İsa Sulimanla Giorgi Karaişvili bu matçda çıxış etməyəcəklər. Komandada cəzalı futbolçu yoxdur.
“Araz Naxçıvan” – “Sumqayıt” görüşü bu gün saat 18:00-da start götürəcək.

