12 İyul 2026
Dünya futbolu

Premyer Liqanı tərk edən komandanın baş məşqçisi getdi

 İvan Yuriç “Sauthempton”un baş məşqçisi postunu tərk edib.

İdmanxeber.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis 2024-cü ilin dekabrında komandaya rəhbərlik edirdi. Ötən gün komanda “Tottenhem”ə uduzaraq (1:3) Premyer Liqadakı yerini qorumaq şansını itirib.

Komanda 10 xalla turnir cədvəlinin sonuncu – 20-ci pilləsində qərarlaşıb. Klub mövsümün bitməsinə 7 tur qalmış elitanı tərk edən ilk komanda olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43