12 İyul 2026
Ölkə futbolu

“Yanvarda bir neçə klub mənimlə maraqlanırdı” – “Qarabağ”ın hücumçusu

“Qarabağ”ın albaniyalı futbolçusu Redon Cica bir neçə klubun ona maraq göstərdiyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, albaniyalı futbolçu bu barədə ölkəsinin mətbuatına danışıb. 26 yaşlı hücumçu təklifləri olsa da, Ağdam klubunda qalmağa qərar verdiyini bildirib:

“Yanvarda bir neçə klub məni icarəyə götürmək üçün maraqlandı, amma çox müzakirələrdən sonra “Qarabağ”da qalmağa qərar verdim”.

 Redon bu mövsüm “Qarabağ”da ümumilikdə 17 oyuna çıxıb və 4 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43